AZ

Azərbaycan və BƏƏ "yaşıl" enerji sahəsində tarixi uğura imza atıb - Nazir

Bakı. Trend:

Azərbaycan və BƏƏ "yaşıl" enerji sahəsində tarixi uğura imzaatıb.

Trend xəbərverir ki, bu barədə energetika naziri Pərviz Şahbazov bu günAzərbaycanda 1 qiqavatt gücündə günəş və külək enerjisistansiyaslarının təməlqoyma mərasimində deyib.

"Bu gün Azərbaycan və BƏƏ münasibətlərindəki qardaşlıq, dostluqvə strateji tərəfdaşlıq sinerjisi sayəsində növbəti tarixi uğuraimza atıb. 1 qiqavatt gücündə 3 stansiyanın təməlqoyma mərasimitəkcə Azərbaycanda "yaşıl" enerji sahəsində ilk addım deyil, həm dəhəmrəyliyimizin və COP29-a ev sahibliyi edən ölkələr kimi "yaşıl"dünya naminə enerji keçidinə öhdəliyimizin parlaq nümunəsidir", - odeyib.

Nazir əlavə edib ki, illik 2,3 milyard kilovatt-saat elektrikenerjisi istehsalı, 500 milyon kubmetrdən çox təbii qaza qənaət,eləcə də, 1 milyon tondan çox karbon qazı emissiyasının qarşısınınalınması bu elektrik stansiyalarının dayanıqlı inkişafa gələcəktöhfəsidir.

"Masdar" ilə biurlikdə ekoloji proqramımızı həyata keçirməyəşadıq", - nazir sonda deyib.

Qeyd edək ki, üç layihəyə 445 MVt gücündə Biləsuvar, 315 MVtgücündə Neftçala günəş elektrik stansiyalarından və 240 MVt gücündəAbşeron-Qaradağ külək elektrik stansiyası daxildir. Layihələr üzrəinvestisiya razılaşmaları 2023-cü ilin oktyabrında əldə edilib,bundan sonra elektrik enerjisinin satın alınması, elektrikötürülməsi xəttinə qoşulma və torpaq icarəsinə dair müqavilələrimzalanıb.

Bakı Enerji Həftəsinin açılışında keçirilən mərasim "Masdar"şirkətinin Azərbaycanla qlobal strateji tərəfdaş olaraquzunmüddətli əməkdaşlığa sadiqliyini təsdiqləyir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
az.trend.az

10Mənbələr