AZ

ABŞ silahları ilə Rusiyaya hücum edilir: Moskvanın reaksiyası nə olacaq? – Beynəlxalq ekspertin şərhində

“Əvvala bu təkcə yaxşı fikir yox, həm də ukraynalıları daha çox ədalətiz müharibə aqressiyadan qorumaq üçün vacib bir qərardır. Beynəlxalq hüquq da bu barədə çox aydındır – Ukrayna daha çox hücumun qarşısını almaq üçün Rusiyanın istənilən ərazilərinə zərbə endirə bilər.”

Ednews xəbər verir ki, bu fikirləri beynəlxalq siyasi ekspert Sebastiyan Şaffer Ukraynanın ABŞ silahları ilə Rusiyaya hücum etmək qərarının gecikdiyini vurğulayıb. Ekspertin sözlərinə görə, Qərb Rusiyanın rekasiyasında narahat olduğu üçün bu qərarı uzun müddət götür-qoy edib:

“Bu, təbii ki, Rusiyadakı enerji zavodları kimi mülki infrastrukturlara hücum etmək demək deyil. Qeyd edim ki, Rusiya artıq bunu 830 gündür ki, bütün Ukrayna ərazilərində edir. Mən şəxsən bir neçə həftə ərzində Rusiya işğalının nə demək olduğunun şahidi olmuşam. Buna görə də, Ukraynanın özünü qeyri-şərtsiz tam müdafiə etməyinə icazə verərdim.

ABŞ və Avropa dövlətlərinin indiyə qədər bu qərarı vermədikləri mənə qəribə gəlir. Qərarın gec qüvvəyə minməsi xeyli sayda insan həyatının itirilməsinə və ağır dağıntılara səbəb olub. Lakin, bu addımın heç vaxt baş atılmamasındansa, gec hərəkətə keçmək daha daha yaxşıdır. Mən bu qərarın niyə bu qədər gec verilməsini başa düşmürəm və hər hansı qərar dəyişikliyi üçün səbəb də görmürəm. Amma, düşünürəm ki, Qərb dövlətləri Rusiyanın sərt reaksiyasından qorxduğu üçün uzun müddət qərar üzərində düşünüb.”

Screenshot_16.png

Rusiya öz ərazisinə ABŞ silahları ilə hücum edilməsinə necə reaksiya verə bilər?

“Putin və digər dövlət adamları dəfələrlə Qərb ölkələrinə nüvə hücumu edilməsi ilə bağlı təhdidlər irəli sürüb. Bunlar Qərb mediasında ciddi müzakirələrə səbəb olub. Amma, biz Moskva rejimi tərəfindən qorxudulmamalıyıq. Rusiya Federasiyasının nüvə proqramı olduqca aydındır. Rusiya qisas məqsədi ilə NATO ərazisinə hücum edə bilər? Ukrayna daha hansı ağır nəticələrdən qorxmalıdır? Əlbəttə ki, müharibədə daha çox eskalasiya ola bilər. Amma nəzərə almaq lazımdi ki, ukraynalılar yaşamaq üçün mübarizə aparırlar və Putin Ukrayna dövlətini birdəfəlik ələ keçirtmək istəyir.”

Fərid Axund

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
41
ednews.net

10Mənbələr