Basketbolun 3x3 növü üzrə milli komandaların reytinq cədvəli açıqlanıb.

Offsideplus.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi 209,703 xalla 12-ci yerdə qərarlaşıb.

Yığmamız 6 pillə geriləyib. Siyahıya Kanada (694,356) başçılıq edir. Fransa (463,465) ikinci, Almaniya (399,198) üçüncüdür.

Qeyd edək ki, kişilərin reytinq siyahısına Serbiyanın “Ub” klubu başçılıq edir – 2928,578 xal.