AZ

Voleybol millimiz İsveçə məğlub olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. 

Bizim.Media xəbər verir ki, yığmamız Qızıl Avropa Liqasında 4-cü matçına çıxıb. 

Faiq Qarayevin yetirmələri İsveçlə görüşüb. Komandamız Rumıniyada təşkil olunan mərhələni məğlubiyyətlə başa vurub. Millimiz hər 3 setdə eyni hesabla uduzub. 

Qeyd edək ki, keçirdiyi üç matçda bir dəfə qalib gələn komandamız turnir cədvəlində 9-cudur.

Qızıl Avropa Liqası (qadınlar)

II mərhələ

25 may

17:30. İsveç – Azərbaycan - 3:0 (25:19, 25:19, 25:19)

Hakimlər: Boqdan Laurentiu Stoyka (Rumıniya), Laslo Adler (Macarıstan)

Alba Blaj. “Polivalenta”

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
50
bizim.media

10Mənbələr