AZ

Millimiz Rumıniyaya məğlub oldu

Qızıl Avropa Liqasında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, yığmamız II mərhələnin ilk matçına çıxıb.

Faiq Qarayevin yetirmələri Rumıniyada meydan sahibləri ilə qarşılaşıblar. Rəqib komanda inamlı çıxış edərək, 3:0 hesabı ilə qalib gəlib. Voleybolçularımız 2-ci və 3-ci setdə rumınlara ciddi müqavimət göstərə bilməyiblər. İlk oyunda Xorvatiyaya qalib gələn millimiz ardıcıl 2-ci oyunda meydanı məğlub tərk edib.

Qeyd edək ki, millimiz sabah İsveçlə görüşəcək.
Qızıl Avropa Liqası (qadınlar)

II mərhələ

24 may

17:30. Azərbaycan – Rumıniya - 0:3 (19:25, 15:25, 10:25)

Hakimlər: Laslo Adler (Macarıstan), Andrey Taran (Moldova)

Alba Blaj. “Polivalenta”

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
50
bizim.media

10Mənbələr