AZ

Mourinyo Türkiyəyə GƏLDİ

Türkiyənin "Fənərbağça" klubunun anlaşdığı portuqaliyalı tanınmış baş məşqçi Joze Mourinyo bu gün İstanbula gəlib.

Musavat.com xəbər verir ki, Britaniyadan qalxan şəxsi təyyarə ilə İstanbula gələn Joze Mourinyonu İstanbul klubunun prezidenti Ali Koç , türkiyəli iş adamı Acun Ilıcalı və "Fənərbağça" idman direktoru Mario Branko müşayiət edib.

Sabiha Gökçen hava limanında alqışlarla qarşılanan portuqaliyalı çalışdırıcı azarkeşləri salamladıqdan sonra onun üçün ayrılmış helikopterlə yola düşüb.

Məlumata görə, portuqaliyalı məşqçi Joze Mourinyonun imza mərasimi bu gün "Şükrü Saracoğlu" İdman Kompleksində keçiriləcək. 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
2
musavat.com

10Mənbələr