AZ

Mourinyo Türkiyəy GƏLDİ

 

"Fənərbağça"nın danışıqlara başladığını açıqladığı dünyaca məşhur portuqaliyalı məşqçi Joze Mourinyo İstanbula gəlib.

Musavat.com xəbər verir ki, Britaniyadan qalxan şəxsi təyyarə ilə İstanbula gələn Joze Mourinyonu İstanbul klubunun prezidenti Ali Koç , türkiyəli iş adamı Acun Ilıcalı və "Fənərbağça" idman direktoru Mario Branko müşayiət edib.

Sabiha Gökçen hava limanında alqışlarla qarşılanan portuqaliyalı çalışdırıcı azarkeşlərimizi salamladıqdan sonra onun üçün ayrılmış helikopterlə yola düşüb.

Məlumata görə, portuqaliyalı məşqçi Joze Mourinyonun "Fənərbağça" ilə bağlayacağı imza mərasimi bu gün yerli vaxtla saat 19.00-da Ülker Stadionu Fənərbaxça Şükrü Saracoğlu İdman Kompleksində keçiriləcək. Saat 17.00-da stadionumuzun qapıları azarkeşlərimizin üzünə açılacaq.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
2
musavat.com

10Mənbələr