AZ

"Fənərbağça"nın anlaşdığı Joze Mourinyo sabah İstanbula gəlir

Türkiyənin "Fənərbağça" klubunun anlaşdığı portuqaliyalı tanınmış baş məşqçi Joze Mourinyo sabah İstanbula gəlir.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi instaqram səhifəsində edilən paylaşımda məlumat verilib.

Paylaşımda 61 yaşlı mütəxəssis azarkeşləri Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonuna dəvət edib: "Salam, "Fənərbağça" tərəfdarları. Sabah Kadıköydə görüşürük. Gəlin səyahətimizə başlayaq".

Həmçinin bildirilib ki, "sarı-lacivərdlər" çalışdırıcı üçün Bakı vaxtı ilə saat 20:00-da imza mərasimi keçirəcək.

Qeyd edək ki, Joze Mourinyo İstanbul nəhəngi ilə 2 illik müqavilə imzalayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
45
report.az

10Mənbələr