AZ

Niger uranı uğrunda amansız mübarizə: Paris bu türk dövlətlərinə möhtac qalıb

Fransa prezident Emmanuel Makronun uğursuz və yarıtmaz xarici siyasətinin acı nəticələrini yaşayır. 2017-ci ildən ölkəni idarə edən Makron bu illər ərzində Fransaya ancaq uğursuzluqlar gətirib. Keçmiş müstəmləkələrdən qovulmaqdan tutmuş, daxili siyasətə qədər ölkə problemlər içində boğulur. Afrikada uzun illər müstəmləkə şəraitində yaşayan dövlətlər artıq fransız üsul-idarəsindən bezdiklərini açıq ifadə edirlər. Fransanın dənizaşırı müstəmləkəsi hesab olunan Yeni Kaledoniyada yaşananlar da bu qəbildəndir. Sirr deyil ki, keçmiş müstəmləkələr Fransa büdcəsinə milyardlarla gəlir gətirirdi. İndi artıq ölkə bundan da məhrum olmaqdadır. Konkret olaraq Niger Yelisey sarayını ciddi problemlərlə üz-üzə qoyub. Nigerdən əldə olunan uran Paris üçün ciddi mənfəət demək idi. Artıq ərazidən qovulan Fransanın yerini tutmağa iddialılar da ortaya çıxıb. Bu ölkələr sırasında nə qədər təəccüblü olsa da, İran da var.

Tehranın uran marağı

Nüvə silahı əldə etməyə iddialı olan İran bu Afrika ölkəsinə daxil olmağa çalışır. Fransanı narahat edən odur ki, İran Nigerdə urana çıxış əldə etməkdə israrlıdır. Bu səbəbdən də vəziyyəti xüsusi diqqətlə izləyirlər. Məsələ ondadır ki, Fransanın ən böyük nüvə şirkəti “Orano” hələ də Nigerin paytaxtı Niameydə fəaliyyət göstərir. 2023-cü ildəki hərbi çevrilişdən sonra Paris Niamey ilə ortaq dil tapa bilməsə də, nüvə yataqlarında hələ də fəaliyyətini davam etdirir. Tehrana gəldikdə, bu ölkə pilotsuz təyyarələr və raketlər müqabilində yerli hakimiyyət orqanlarından 300 ton uran konsentratı almağa çalışır. “Biz Beynəlxalq Atom Enerjisi Agentliyi qarşısında həm zəmanətlər, həm də bəyannamələr ilə bağlı müvafiq öhdəliklərə əməl olunmasını və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əməl olunmasını təmin etmək üçün bu məsələni xüsusi izləyirik”, – deyə Fransa hökumətindəki mənbə mediaya bildirib.

Vaşinqtondan müdaxilə cəhdi

İranın Nigerə nüfuz etməsi ilə bağlı müzakirələrə ilk dəfə “The Wall Street Journal” mart ayında dərc olunan məqalədə toxunub. Nəşr o zaman mənbələrə istinadən yazmışdı ki, ABŞ Nigerdə hakim Vətənin Qurtuluşu Milli Şurasına (NSRS) təzyiq göstərməyə çalışıb. Səbəb də o olub ki, Niger İranla nüvə sahəsində əməkdaşlıq sazişi imzalamaq istəyir. Məhz bu səbəbdən ABŞ Niger ilə hərbi sahədə sazişi denonsasiya edib. Halbuki Vaşinqton Parisdən fərqli olaraq Nigerdəki üsyançılarla dialoq qurulmasına səy göstərib.

56 milyon dollarlıq müqavilə

Seçilən
144
2
publika.az

10Mənbələr