AZ

İzmirdə meşə sahələrinə giriş qadağan edilib

Bakı. TurkicWorld:

Oktyabrın 31-dək İzmirdə meşə sahələrinə giriş qadağan edilib.

TurkicWorld xəbər verir ki, bu barədə İzmir Qubernatorluğu Meşə Yanğınla Mübarizə Komissiyası bildirib.

Komissiya, 1 iyun - 31 oktyabr tarixləri arasında yanğın təhlükəsi səbəbindən şəhər daxilində 26 bölgədə meşə sahələrinə girişi qadağan edib.

Bildirilib ki, bu meşələrin ərazisindən və onun ətrafından keçən yollarda fasilə vermək, piknik etmək də qadağandır.

“Vətəndaşlar onlar üçün ayrılmış gəzinti sahələrindən yalnız lazımi tədbirləri görərək faydalana biləcəklər. Bu gəzinti sahələrində yandırılan odlar tamamilə söndürüldükdən və istifadə edilən ərazi təmizləndikdən sonra piknik sahəsi tərk ediləcək” – deyə açıqlamada qeyd edilib.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
7
turkic.world

10Mənbələr