AZ

Ankarada meşələrə giriş qadağan olunub

Ankarada iyunun 15-dən sentyabrın 30-dək meşə ərazilərinə giriş qadağan edilib.

Bakıvaxtı.az "Hurriyet"ə istinadən xəbər verir ki, ölkə daxilində meşə yanğınları riskinin yüksək olması fonunda bir sıra qabaqlayıcı tədbirlər görülüb.

Meşə yanğınları ilə mübarizə çərçivəsində sentyabrın 30-dək milli parklar və istirahət zonaları istisna olmaqla, meşələrə giriş qadağan edilib. Meşələrə işçilərdən başqa vətəndaşların girişinə və çıxışına icazə yoxdur.

Qərara əsasən, Ankara Təbiəti Mühafizə və Milli Parklar Region Müdirliyi və səlahiyyətli dövlət məmurları tərəfindən sahibsiz heyvanların bəslənməsi üçün təyin edilmiş ərazilər istisna olmaqla, Ankaranın əyalət sərhədləri daxilində bütün meşə sahələrinə daxil olmaq qadağandır. Sentyabr ayına qədər meşə sahələrində düşərgə salınmasına və çadır qurulmasına icazə verilməyəcək. 

Bundan başqa, milli parklar, və istirahət zonalarına səlahiyyətli idarələr tərəfindən nəzarət ediləcək. Bu ərazilərdə ocaq, manqal, samovar yandırmaq və piknik keçirmək qadağandır. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
7
bakivaxti.az

9Mənbələr