AZ

Konyada meşə sahələrinə giriş müvəqqəti qadağan edilib

Sentyabrın 30-dək Türkiyənin Konya şəhərinə meşə ərazilərinə girişin qadağan edildiyi bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Konya Böyükşəhər Bələdiyyəsi Fəlakət Koordinasiya Mərkəzindən verilən açıqlamada hava istiliyinin mövsüm normalarından yüksək olduğu xatırladılıb. 

Meşələrə girməklə bağlı xəbərdarlıqlara məhəl qoymayanlara qarşı inzibati və məhkəmə tədbirləri görüləcəyi vurğulanan bəyanatda,-"Meşələrimizi baş verə biləcək yanğınlardan qorumaq üçün iyulun 1-dən sentyabrın 30-dək Konya sərhədləri daxilində meşə sahələrinə giriş qadağandır. Gəlin ölkəmiz və millətimiz üçün əvəzsiz meşələrimizi birlikdə qoruyaq",- deyə qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
7
operativmm.az

9Mənbələr