AZ

İzmirdə meşə sahələrinə giriş qadağan edilib

Bakı. Trend:

Oktyabrın 31-dək İzmirdə meşə sahələrinə giriş qadağanedilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədəİzmir Qubernatorluğu Meşə Yanğınla Mübarizə Komissiyasıbildirib.

Komissiya, 1 iyun - 31 oktyabr tarixləri arasında yanğıntəhlükəsi səbəbindən şəhər daxilində 26 bölgədə meşə sahələrinəgirişi qadağan edib.

Bildirilib ki, bu meşələrin ərazisindən və onun ətrafından keçənyollarda fasilə vermək, piknik etmək də qadağandır.

“Vətəndaşlar onlar üçün ayrılmış gəzinti sahələrindən yalnızlazımi tədbirləri görərək faydalana biləcəklər. Bu gəzintisahələrində yandırılan odlar tamamilə söndürüldükdən və istifadəedilən ərazi təmizləndikdən sonra piknik sahəsi tərk ediləcək” –deyə açıqlamada qeyd edilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
1
az.trend.az

2Mənbələr