AZ

Zelenski ŞİKAYƏTLƏNDİ: Onları görürük, lakin silahlarımızla çata bilmirik

Rus qoşunları ukraynalılara gülərək onları ovlayır.

Musavat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın "The Guardian" qəzetinə müsahibəsində deyib.

"Rusiya Silahlı Qüvvələri başa düşür ki, biz onları görürük, lakin silahlarımızla onlara çata bilmirik", - deyə o bildirib.

Zelenski açıq şəkildə qeyd edib ki, Ağ Ev Rusiyanın dərinliklərindəki hədəfləri vura biləcək daha güclü uzaqmənzilli silahlardan istifadəyə icazə verməlidir:

"Bizə inanın, cavab verməliyik. Onlar gücdən başqa heç nə başa düşmürlər. Biz ilk və son hədəf deyilik".

Onun sözlərinə görə, bu yaşıl işıq olmasa, Britaniya kimi digər müttəfiqlər də Ukraynanın uzaqmənzilli silahlarından istifadə etməsinə mane ola bilər.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
1
musavat.com

10Mənbələr