AZ

Zelenski Qərb silahlarından şikayətləndi: “Rusiya daha sürətlə hərəkət edir”

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya öz Silahlı Qüvvələri üçün silah istehsalı və təchizatı baxımından Qərbdən “sürətlə irəliləyir”.
Elchi.az xəbər verir ki, o , bu barədə Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində danışıb.
Zelenskinin sözlərinə görə , ABŞ prezidenti Co Baydenin Rusiya ərazisindəki hədəflərə qarşı Qərb silahlarından istifadə etməkdə qətiyyətsizliyi “Kreml qüvvələrinin Ukraynaya gülməyə başladığına ” səbəb olub. O, Baydeni “mümkün nüvə eskalasiyası ilə bağlı davamlı narahatlıqları” aradan qaldırmağa çağırıb.
Zelenski həmçinin bildirib ki, yeni Amerika silahları hələ də şimal-şərqdə əlavə Ukrayna briqadalarını təchiz etmək üçün kifayət qədər miqdarda gəlməyib. O qeyd edib ki, Qərb ölkələrinin “fərqli prioritetləri” var və Ukraynanın “ekzistensial aktuallıq” hissini bölüşmürlər.Nuranə Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
elchi.az

10Mənbələr