AZ

Zelenski: Rusiya 10 min "S-300" raketi toplasa da...

“Rusiya 10 min "S-300" raketi toplayıb, lakin dünyada onlara qarşı uyğun silahlar var. Bununla belə, Ukraynanın hazırda nə kifayət qədər sayda bu silahları var, nə də Qərb tərəfdaşlarından Rusiya daxilindəki hərbi hədəflərə zərbələr endirmək üçün onlardan istifadə etmək icazəsi”.

“İki sahil” xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “The New York Times” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Rusiyada hərbi hədəflərə qarşı silahdan istifadə müdafiədir: "Bayden administrasiyası həqiqətən də Qərb silahlarının istifadəsinə qarşı idi. Bu gün bizim öz silahlarımız, öz pilotsuz təyyarələrimiz var və onlardan istifadə edirik, lakin qeyd etmək istərdim ki, biz bunu müdafiə üçün edirik. Biz həmişə prezident Baydendən, eləcə də bir çox ölkələrin liderlərindən də xahiş etmişik ki, biz silahlardan müdafiə üçün istifadə etmək istəyirik”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
38
ikisahil.az

10Mənbələr