AZ

Zelenski: “Heç kim, heç nə təklif etməyib”

Zelenski Ukraynanın müttəfiqlərinin ölkəyə hərbi personal göndərməyi təklif etmədiyini etiraf edib.
Elchi.az xəbər verir ki, Kiyev heç bir ölkədən Ukraynaya hərbi personal göndərmək təklifi almayıb; Bu barədə ölkə prezidenti Vladimir Zelenski “The New York Times” qəzetinə müsahibəsində bildirib.
“Düzdür, biz heç vaxt müraciət etməmişik və düzdür, heç kim bizə heç nə təklif etməyib. Onlar mediada çox danışdılar, amma heç nə olmadı” deyən Ukrayna lideri Kiyevin belə yardımdan məmnun qalacağını və tərəfdaşların qoşun göndərmək qərarını dəstəkləyəcəyini qeyd edib.
Ötən gün Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Qərb ölkələri öz hərbi qüvvələrini Ukrayna ərazisinə göndərməkdən yayınacaq və Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmağa imkan verəcək silahları ötürməyəcək. Siyasətçinin fikrincə, Avropa İttifaqı və Şimali Atlantika Alyansı ölkələri Ukrayna münaqişəsinə qarışmayacaq.
Fevralda Fransa prezidenti Emmanuel Makron demişdi ki, Parisdə Qərb ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Ukraynaya mümkün quru qoşunlarının göndərilməsi mövzusu qaldırılıb.Şayəstə Hüseynova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
38
elchi.az

10Mənbələr