AZ

Bu tək Ukrayna üçün deyil, bəşəriyyət üçün təhlükəlidir – POLİTOLOQ

24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu ilə başlanan  müharibə iki ildən artıqdır ki, davam edir. Hər iki tərəf xeyli sayda canlı qüvvə, texnika itirib. Müharibə başlayarkən Ukaynanın Rusiyaya çox müqavimət göstərə bilməyəcəyini və təslim olacağı proqnozu verilsə də, Ukrayna Qərb və ABŞ dəstəyi ilə savaşır. Artıq Ukrayna Qərb və ABŞ tərəfindən verilən silahlarla Rusiya ərazilərində olan leqal hərbi hədəflərin vurulması üçün imkanlara malikdir. 

Bu reallıq Rusiyanın hərbi taktikasında hansı dəyişiklik edə bilər?

Politoloq Əli Mustafa hesab edir ki, Rusiyanın hərbi taktikası köhnədir və orada hər hansı bir yeniliyin olması inandırıcı deyil:

“Taktikada dəyişikliyin edilmə şansı çox azdır. Bundan artığını etməyə Rusiyanın imkanları çatmır. Belə şəraitdə Rusiyanı təhlükəli silahı nüvə silahıdır. Məncə, artıq Rusiya bu istiqamətdə düşünür. Hətta Rusiya bu addımla bağlı xəbərdarlıqlarını belə edib. Qərb də öz növbəsində bunun fərqindədir. Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə onun elə yerindəcə neytrallaşdırılması istiqamətində hazırlıqlar aparır. Rusiyanın taktiki nüvə silahlarından istifadəsi təhlükəli bir yoldur. Təkcə Ukrayna üçün deyil, bəşəriyyət üçün təhlükəlidir”.

Emin ŞİRVANZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
herbiand.az

10Mənbələr