AZ

Stoltenberq Rusiya ilə bağlı bu qərarı dəstəkləyib

NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın Xarkov vilayətində Rusiya qoşunlarına qarşı alman silahlarından istifadəyə icazə verilməsi barədə qərarını dəstəkləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “DPA” agentliyi yayıb. 

Bununla belə, Stoltenberq jurnalistlərin Rusiyaya qarşı artıq Qərb silahlarından istifadə edilib-edilməməsinə dair sualına cavab verməyib. 

Baş katibin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə bu silahdan, xüsusilə də respublikanın yaxınlığındakı hərbi hədəflərə qarşı istifadəsinə icazə verilməsi məntiqlidir. 

Xatırladaq ki, mayın 31-də ABŞ dövlət katibi Entoni Blinken ölkə Prezidenti Co Baydenin Rusiyaya zərbələr üçün Amerika silahlarından istifadə edilməsinə icazə verdiyini təsdiqləyib. Qeyd olunub ki, burada söhbət müstəsna olaraq Xarkov yaxınlığında yerləşən Rusiya ərazilərinə hücumlardan gedir. Elə həmin gün Almaniya rəhbərliyi Xarkov vilayəti yaxınlığında alman silahlarından istifadənin mümkünlüyünü təsdiq edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
50
qafqazinfo.az

10Mənbələr