AZ

Qlobal borclanma təhlükəli səviyyədədir

Pandemiyadan sonra bütün dünyada borclanma artmaqda davam edir.

Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, bu, Beynəlxalq Maliyyə İnstitutunun (IIF) "Qlobal borc monitorinqi" hesabatında yer alıb.

Hesabata görə, qlobal borc ilin birinci rübündə 1,3 trilyon dollar artaraq 315 trilyon dollara çatıb və rekord qırıb. Qlobal borc məbləğinin artmasına əsasən inkişaf etməkdə olan bazarların səbəb olduğu bildirilib. Qeyd olunan dövrdə inkişaf etməkdə olan ölkələrdə borc yığılmasının böyük hissəsinin Çin, Hindistan və Meksikada cəmləşdiyi müşahidə edilib. İnkişaf etmiş iqtisadiyyatlarda borcun ümumi artımı ABŞ və Yaponiyada, daha sonra İrlandiya və Kanadada cəmlənib. 

Qeyd olunub ki, qlobal borcda ABŞ liderlik etdiyi halda, Türkiyə G20 ölkələri arasında müsbət sayıla biləcək bir nöqtədədir. Dünyanın ən böyük iqtisadiyyatlarından ibarət olan G20 ölkələri arasında ABŞ 34,7 trilyon dollar borcla birinci yerdədir. Çin 14,5 trilyon dollarla ikinci, Yaponiya isə 13,5 trilyon dollarla üçüncü yerdə müəyyənləşib.

Qlobal borc reytinqdə İngiltərə 3,8 trilyon dollar, Fransa 3,7 trilyon dollar, İtaliya 3,6 trilyon dollar, Hindistan 3,3 trilyon dollar, Almaniya 2,9 trilyon dollar, Kanada 2,3 trilyon dollar, Braziliya 2,1 trilyon dollar, Avstraliya 1 trilyon dollar, Cənubi Koreya 1,06 trilyon dollar, Meksika 979 milyard dollar, İndoneziya 631 milyard dollar, Argentina 609 milyard dollar, Türkiyə 499,9 milyard dollar, Rusiya 427 milyard dollar, Səudiyyə Ərəbistanı 362 milyard dollar, Cənubi Afrika 270 milyard dollarla əsas yerləri tutublar.

Gülşən Şərif

Seçilən
109
38
bakivaxti.az

10Mənbələr