AZ

BMT-dən qlobal dövlət borcu ilə bağlı XƏBƏRDARLIQ

Birləşmiş Millətlər Təşkilatı (BMT) rekord qıran 97 trilyon dollarlıq qlobal dövlət borcu ilə bağlı xəbərdarlıq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə "2024-cü il borc dünyası: Qlobal rifah üzərində artan yük" adlı hesabatında deyilir.

Qurum, xüsusilə inkişaf etməkdə olan ölkələrdə inkişafa təsir edən "həyəcanverici artım"a qarşı beynəlxalq maliyyə sistemində təcili islahatlara çağırıb. Məlumata görə, qlobal dövlət borcu əvvəlki illə müqayisədə 5,6 trilyon dollar artaraq ötən il 97 trilyon dollara çatıb.

İnkişaf etməkdə olan ölkələrdə dövlət borcu inkişaf etmiş ölkələrlə müqayisədə iki dəfə sürətlə artıb. İnkişaf etməkdə olan ölkələrin dövlət borcu kəskin artaraq ötən il 29 trilyon dollara çatıb.

İnkişaf etməkdə olan ölkələr ötən il 847 milyard dollar xalis faiz ödəyiblər. Bu məbləğ onların 2021-ci ildə ödədikləri məbləğlə müqayisədə 26% artım deməkdir. Bu ölkələr ABŞ-dən 2-4 dəfə, Almaniyadan isə 6-12 dəfə yüksək faizlə beynəlxalq borc alıblar.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
38
iqtisadiyyat.az

10Mənbələr