AZ

Qlobal borc 315 trilyon dollara qədər artıb - HESABAT

Qlobal borc bu il 315 trilyon dollara qədər artıb və dünya borc bataqlığında qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun hesabatında deyilir.

Məlumata görə, bu, İkinci Dünya Müharibəsindən bəri borcun ən böyük, sürətli və geniş miqyaslı artımı olub. Bildirilib ki, bu artım ardıcıl ikinci rübdür ki davam edir.

315 trilyon dollarlıq borcun təxminən üçdə ikisi inkişaf etmiş iqtisadiyyatlardan qaynaqlanır, Yaponiya və ABŞ isə ən çox borcu olan ölkələrdir.

Digər tərəfdən, inkişaf etməkdə olan iqtisadiyyatların 105 trilyon dollar borcu var. Bu da onların borcunun ümumi daxili məhsula (ÜDM) nisbətini rekord səviyyəyə - 257%-ə çatdırır. Hesabatda qeyd edilir ki, Çin, Hindistan və Meksika borc artımına ən böyük töhfə verən ölkələrdən olub.

315 trilyon dollarlıq borc ehtiyatının 59,1 trilyon dolları ipoteka, kredit kartları və tələbə borclarını əhatə edən ev təsərrüfatlarının borcları təşkil edib.

Korporasiyaların öz əməliyyatlarını və böyüməsini maliyyələşdirmək üçün istifadə etdiyi biznes borcu 164,5 trilyon dollar təşkil edib və bu məbləğin 70,4 trilyon dollarını təkcə maliyyə sektoru təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
38
azpolitika.info

10Mənbələr