AZ

Vladimir Putin: “ABŞ dollardan sanksiya aləti kimi istifadə etməklə çox böyük səhv edir”

Rusiya lideri Vladimir Putin bildirib ki, dollardan sanksiyalar vasitəsi kimi istifadə ABŞ üçün böyük səhvdir.

NOCOMMENT.az xəbər verir ki, o, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2024) çərçivəsində dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

“Məncə, ABŞ administrasiyasının böyük səhvlərindən biri odur ki, onlar beynəlxalq ödənişlərdə dollardan istifadəni qadağan edir və onu hansısa mübarizə alətinə çevirirlər. Tamamilə cəfəngiyyatdır, dollara inamı sarsıdırlar, bu, sadəcə olaraq gülüncdür”, – Putin bildirib.

O qeyd edib ki, ABŞ dolları vahid valyuta kimi qoruyub saxlamaq cəhdlərində, əksinə, dünyada mövqeyini daha da pisləşdirir. Buna görə də, Putinin sözlərinə görə, Rusiya tədricən milli valyutada ödənişlərə keçir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
38
nocomment.az

10Mənbələr