AZ

Mariya Zaxarova: "Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir"

"Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir".


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının tədarükünə dair imzalanmış müqavilə ilə bağlı sualı cavablandırarkən deyib. 

 

"Fransa rəhbərliyi Ermənistanın və konkret xalqın maraqlarını rəhbər tutmur. Paris ölkələr daxilində və ya dövlətlər arasında mövcud fikir ayrılıqlarından sırf öz məqsədlərinə çatmaq üçün bir alət kimi istifadə etməyə çalışır”, - Zaxarova bildirib. 

 

O əlavə edib ki, Fransa təkcə öz maraqlarını təşviq etmir, həm də NATO ideologiyasının daşıyıcısı kimi çıxış edir. 

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
3
sfera.az

10Mənbələr