AZ

Rusiya XİN: Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir

Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir. 

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının tədarükünə dair imzalanmış müqavilə ilə bağlı sualı cavablandırarkən bildirib. 

“Fransa rəhbərliyi Ermənistanın maraqlarını, konkret xalqın maraqlarını rəhbər tutmur. Paris ölkələr daxilində və ya ölkələr arasında mövcud fikir ayrılıqlarından, ziddiyyətlərdən sırf öz fürsət güdən məqsədlərinə çatmaq üçün bir alət kimi istifadə etməyə çalışır”, - deyə Zaxarova vurğulayıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
3
yeniazerbaycan.com

10Mənbələr