AZ

“Araz-Naxçıvan” “Qəbələ”nin 2 futbolçusunu HEYƏTİNƏ QATDI 

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” “Qəbələ”dən 2 futbolçu ilə müqavilə imzalayıb. 

Bizim.Media xəbər verir ki, Ülvü İsgəndərov və Urfan Abbasov  qarşıdakı 1 il ərzində Naxçıvan komandasının formasını geyinəcəklər. 

Karyerası ərzində “Qəbələ” və “Sumqayıt” klublarında çıxış edən 26 yaşlı vinger Ülvi İsgəndərov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də formasını geyinib. 

“Qəbələ” və “Səbail” klublarının formasını geyinən 31 yaşlı Abbasov isə Azərbaycan milli komandasının da heyətinə cəlb olunub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
bizim.media

10Mənbələr