AZ

“Qəbələ” klubunu daha bir futbolçu tərk edib

“Qəbələ”

Bakı, 29 may, AZƏRTAC

Yeni mövsümdə I Liqada çıxış edəcək “Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb.

AZƏRTAC xəbər verir ki, Ülvi İsgəndərov “qırmızı-qaralar”ı “Araz-Naxçıvan”a dəyişib.

26 yaşlı hücumçu Naxçıvan təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, karyerası ərzində “Qəbələ” və “Sumqayıt” klublarında çıxış edən 26 yaşlı vinger 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də formasını geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün “Qəbələ”dən ayrılan digər futbolçu Urfan Abbasovu da transfer etdiyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
50
azertag.az

10Mənbələr