Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” “Qəbələ”dən 2 futbolçu ilə müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, Ülvü İsgəndərov və Urfan Abbasov qarşıdakı 1 il ərzində Naxçıvan komandasının formasını geyinəcəklər.
Karyerası ərzində “Qəbələ” və “Sumqayıt” klublarında çıxış edən 26 yaşlı vinger Ülvi İsgəndərov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də formasını geyinib.
“Qəbələ” və “Səbail” klublarının formasını geyinən 31 yaşlı Abbasov isə Azərbaycan milli komandasının da heyətinə cəlb olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта