AZ

Gürcüstanda hökumət böhranı - qanunu Prezidentin əvəzinə spiker imzalayacaq

Hurriyyet.az xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili xarici təsirin şəffaflığı barəsində qanunu Prezidenti Salome Zurabişvilinin əvəzinə imzalamaq niyyətindədir.

Mayın 28-də Gürcüstan parlamenti Prezidentin qoyduğu vetonu ləğv edərək xarici agentlər barəsində qanun layihəsini qəbul edib. Bununla əlaqədar Papuaşvili sənədi özünün imzalayacağını bəyan edib.

Parlamentin sədri mətbuat konfransında deyib: "Qanunu dünən prezident administrasiyasına göndərdik. İndi onun imzalanmasını gözləyirik. Prezidentin çox güman ki, onu imzalamayacağı aydındır. Bununla əlaqədar həmin qanunu mən imzalayacağam".

Prosedur qaydalarına əsasən, vetonun ləğv edilməsindən sonrakı üç gün ərzində sənəd imzalanması üçün yenidən prezidentə göndərilir. Dövlət başçısı 5 gün ərzində onu imzalamasa, qanunu parlamentin spikeri imzalayır və dərc edir. Bundan sonra qanun qüvvəyə minir.

Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
17
hurriyyet.az

10Mənbələr