AZ

Gürcüstan parlamenti “xarici agentlər haqqında” qanunu qəbul etdi

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü və yekun oxunuşda təsdiqləyib. Bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Qanunu parlamentin 84 üzvü dəstəkləyib, 30-u əleyhinə çıxıb.

Mayın 14-də parlamentin iclasında hakim “Gürcü arzusu” partiyasının üzvləri ilə müxalifət deputatları arasında dava düşüb. Münaqişə Vahid Milli Hərəkat Partiyasının sədri Levan Xabeişvilinin çıxışı zamanı başlayıb. “Gürcü arzusu”nun deputatı Dito Samxaradze opponentinin ünvanına bir neçə təhqiramiz ifadələr səsləndirib. Nəticədə 20-yə yaxın deputatın iştirakı ilə dava düşüb.

Hazırda “xarici agentlər” haqqında qanun imzalanmaq üçün Gürcüstan prezidentinə gedəcək. Salome Zurabişvili sənədə veto qoyacağını bildirib, lakin “Gürcü Arzusu”nun vetonu ləğv etmək üçün kifayət qədər səsi var.

Mayın 14-də günortadan sonra parlament binası yaxınlığında “xarici agentlər haqqında” qanunun müzakirəsi zamanı minlərlə insan etiraz aksiyasına çıxıb.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ikinci dəfə hakim “Gürcü arzusu” partiyası tərəfindən təqdim edilib. İlk dəfə qanun 2023-cü ilin martında etirazlardan sonra onu geri götürülüb. Müxalifətin fikrincə, qanun layihəsi “xarici agentlər” haqqında Rusiya qanunvericiliyini təkrarlayır.

Qanun layihəsinin müzakirəsi Gürcüstanda bir aya yaxındır ki, davam edən kütləvi etiraz aksiyaları ilə müşayiət olunur.

Qanun layihəsinə əsasən, “xarici agentlər” reyestri yaradılacaq və buraya 20%-dən çox xaricdən maliyyələşən bütün qeyri-kommersiya hüquqi şəxslər və KİV-lər daxil ediləcək. Onlardan illik maliyyə hesabatını dərc etmələri tələb olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
17
buta.media

10Mənbələr