AZ

Gürcüstan parlamenti prezident Zurabişvilinin "Xarici agentlər haqqında qanun"a vetosunun qarşısını alıb

"Bu qanunun qəbulu Gürcüstanın Avropa İttifaqına yolunu bağlanacaq, Avropa ilə vizasız əlaqədən imtina edilə bilər, Qərb ölkələri bizə qarşı sanksiyalar tətbiq edəcək..."
 
Gürcüstan parlamenti əksəriyyət səs çoxluğu ilə prezident Salome Zurabişvilinin mübahisəli "Xarici təsirin şəffaflığı haqqında" qanuna qoyduğu vetonun qarşısını ala bilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat verib.
 
Bu qanunun qəbulu Gürcüstan cəmiyyətinin böyük hissəsində narazılıq, ABŞ və Avropa İttifaqı tərəfindən tənqidə səbəb olub və Tbilisidə miqyaslı etiraz aksiyalarına gətirib çıxarıb.
 
Prezident vetosunun ləğvinin lehinə əsasən hakim "Gürcü arzusu" partiyasından 84 deputat səs verib. Prezident vetosunun qarşısını almaq üçün 150 deputatdan ən azı 76-nın səsi tələb olunur. Hakim partiyasının fraksiyası parlamentdə 84 deputat təmsil edir.
 
Çərşənbə axşamı parlamentin plenar iclasının gedişində prezident vetosu məsələsi müzakirə edilib, bu zaman parlament çoxluğu nümayəndələri ilə müxalifət deputatları arasında yenidən kəskin polemika yaranıb.
 
Müxalif "Vahid Milli Hərəkat" partiyasından olan deputat Anna Sitlidze bəyan edib ki, xarici agentlər haqqında qanun bir çox problemlərə gətirib çıxaracaq.
 
"Bizim Avropa İttifaqına yolumuz bağlanacaq, Gürcüstanın Avropa ilə vizasız əlaqədən imtina edilə bilər. Tamamilə aydındır ki, Qərb ölkələri bizə qarşı sanksiyalar tətbiq edəcək, bu da Gürcüstanın iqtisadiyyatına birbaşa təsir göstərəcək", - "İnterfaks" agentliyi deputatdan iqtibas gətirib.
 
Özünün ağılsız siyasətilə indiki hakimiyyət cəmiyyətdə qarşıdurma yaradıb, deputat əlavə edib.
 
Hakim partiyasının nümayəndələri öz opponentlərini Gürcüstanın maraqlarına xəyanətdə ittiham edib.
 
"Siz öz ölkənizin maraqlarından deyil, xarici ölkələrin maraqlarından çıxış edirsiniz. Bu, açıq şəkildə xəyanətdir", - bunu müxalif deputatlara müraciətində parlamentin sədri Şalva Papuaşvili bəyan edib.
 
"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi parlamentə hakim "Gürcü arzusu" partiyası tərəfindən aprel ayında təqdim edilib. Bundan sonra Tbilisidə bu qanundan imtina etmək tələbilə gündəlik genişmiqyaslı etiraz aksiyaları başlanıb.
 
Qanunun əleyhdarlarının sözlərinə görə, hakim partiya Rusiyanın "xarici agentlər haqqında" repressiv qanunu yolu ilə gedir və bu, təkcə mülki sektor və müstəqil KİV-lər üçün deyil, həm də ötən ilin dekabr ayında Avropa İttifaqında namizədlik statusu alan Gürcüstanın Avropa gələcəyinə təhlükə törədir.
 
Qanun layihəsi Avropa İttifaqı tərəfindən kəskin münasibətə səbəb olub və Gürcüstanın Birliyə inteqrasiyasının dayandırılmasının mümkünlüyü barədə xəbərdarlıq edilib.
 
Ağ Ev xəbərdarlıq edib ki, müxalifət və qeyri-hökumət təşklatlarının qarşısının alınacağı təqdirdə ABŞ Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcək.
 
Hakim partiya ona təkid edir ki, bu qanun xaricdən vəsaitlər alan qeyri-hökumət təşkilatları və KİV-lərin yalnız illik maliyyələşdirilmə bəyannamələrinin verilməsini nəzərdə tutur.
 
Qanun qəbul edildikdən sonra prezident Zurabişvili mayın 18-də ona veto qoyub.
Seçilən
102
17
moderator.az

10Mənbələr