AZ

Spiker prezidentin əvəzinə xarici agentlər haqqında qanunu özü imzalayacaq

Xarici mətbuatın məlumatına görə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ölkə prezidentinin əvəzinə qanunu özü imzalayacaq.

Xatırladaq ki, xarici agentlər haqqında qanun dünən Gürcüstan prezident administrasiyasına göndərilib.

Ötən gün Gürcüstan parlamenti prezidentin xarici agentlər haqqında qanuna vetosunu ləğv edib. Qərar deputatların səs çoxluğu ilə qəbul edilib. Qaydalara əsasən, qanun veto ləğv olunduqdan sonra 3 gün ərzində yenidən imzalanması üçün prezidentə göndərilir. Dövlət başçısı 5 gün ərzində onu imzalamırsa, qanun parlamentin spikeri tərəfindən imzalanır.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
17
oxumeni.az

10Mənbələr