AZ

ABŞ Çinə qarşı sanksiyaları genişləndirdi

ABŞ Rusiya Federasiyasına ikili təyinatlı məhsulların tədarükünə görə sanksiyalarıb tətbiq edildiyi Çin şirkətlərinin siyahısını genişləndirməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken bildirib.

Onun sözlərinə görə, ABŞ artıq 100-dən çox müəyyən edilmiş Çin strukturlarına məhdudiyyətlər qoyub.

"Biz bunu etməyə davam edəcəyik", - deyə A.Blinken qeyd edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar “Avropa və digər tərəfdaşlarla səyləri əlaqələndirmək niyyətindədir”.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
29
teleqraf.com

10Mənbələr