ABŞ Rusiyaya ikili təyinatlı məhsulların tədarükünə görə sanksiyalara məruz qalan Çin şirkətlərinin siyahısını genişləndirməyi planlaşdırır.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
Onun sözlərinə görə, ABŞ artıq 100-dən çox Çin strukturlarına məhdudiyyətlər qoyub.
“Biz bunu etməyə davam edəcəyik”, – Blinken deyib.
Eyni zamanda Blinken etiraf edib ki, ABŞ Çinin Ukraynada istifadə etmək üçün Rusiyaya özbaşına silah tədarük etdiyini görməyib.
Azpost.info