AZ

Blinken: ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək

ABŞ və Avropa İttifaqı Rusiya ilə əməkdaşlığa görə Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken konqresdə dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, Qərb ölkələri Rusiya ilə əlaqəli olduğu iddia edilən Çindən olan 100-dən çox şirkətə qarşı artıq sanksiyalar tətbiq edib.

"Biz sanksiyaları davam etdirəcəyik", - deyə Blinken vurğulayıb.

Bundan əvvəl Çin Tayvana silah tədarükünə görə ABŞ-ın üç şirkətinə qarşı sanksiya tətbiq etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
29
sia.az

10Mənbələr