AZ

Çinə sanksiyalar davam etdiriləcək - Blinken

ABŞ və Avropa Birliyi Rusiya ilə əməkdaşlığa görə Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Konqresdə dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, Qərb ölkələri Rusiya ilə əlaqəli olduğu iddia edilən Çindən olan 100-dən çox şirkətə qarşı artıq sanksiyalar tətbiq edib.

"Biz sanksiyaları davam etdirəcəyik", - deyə Blinken vurğulayıb.

Bundan əvvəl Çin Tayvana silah tədarükünə görə ABŞ-ın üç şirkətinə qarşı sanksiya tətbiq etmişdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
29
milli.az

10Mənbələr