AZ

Avtomobillərin icbari sığortası üzrə ödənişlər - 40,4 MİLYON MANATI KEÇDİ

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.

FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 50 milyon 171 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 3 min manat və ya 4% çoxdur.

2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 48 milyon 168 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 40 milyon 423 min  manat təşkil edib ki, bu da illik müqayisədə 9 milyon 792 min manat və ya 32% çoxdur.

Əvvəlki ilin eyni dövründə 30 milyon 631 min manat sığorta ödənişləri edilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
18
fed.az

10Mənbələr