Polşanın dövlət borcu rekord həddə – 1,445 trilyon zlota və ya 361,3 milyard dollara çataraq yeni tarixi maksimuma çatıb.

İndex.az xəbər verir ki, bu barədə Polşanın Respublika Maliyyə Nazirliyi xəbər verir.

Müqayisə üçün deyək ki, doqquz il əvvəl Polşanın dövlət borcu 900 milyard zlot və ya 225 milyard dollar təşkil edib.

Hesabatda qeyd olunur ki, ölkənin xarici öhdəlikləri ÜDM-in 60%-i kimi təhlükəli həddə yaxınlaşıb.

Qeyd edək ki, qlobal borc artıq ümumi ÜDM-dən üç dəfə çoxdur. Ən çox borc alan ABŞ – 34 trilyon dollar olub. Bu arada Rusiya ən aşağı borcu olan ölkələrdən biridir. Rusiyanın dövlət borcu cəmi 20,9 trilyon rubl və ya ÜDM-in 17%-i səviyyəsində qiymətləndirilir.