AZ

“Qərb Rusiyaya zərbə endirmək üçün öz silahlarından istifadə etməyə icazə vermir” – Zelenski

“Ukrayna öz tərəfdaşları ilə Rusiyaya onların silahları ilə zərbə endirmək barədə danışıqlar aparır, lakin hələlik müsbət bir nəticə yoxdur. Pentaqon ABŞ silahlarının bu məqsədlər üçün istifadəsinin əleyhinədir. Çünki, Moskva Kiyevə yardım edən ölkələri münaqişənin iştirakçısı hesab edir”.

KONKRET.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters”ə müsahibəsində belə deyib.

O bildiirb ki, Qərb Rusiyaya zərbə endirmək üçün öz silahlarından istifadə etməyə razı deyil və Ukrayna bu qadağanı pozmur.

“Biz Rusiya ərazisində heç vaxt Qərb silahlarından istifadə etməmişik, çünki buna bizim razılığımız yoxdur”, – deyə Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, Kiyev öz tərəfdaşları ilə sərhəddə və Rusiya ərazisi daxilində Rusiya hərbi texnikasına hücum etmək üçün silahlarından istifadə etmək imkanını müzakirə edir, lakin “hələ müsbət heç nə yoxdur”. Reuters Ukrayna prezidentinin konkret ölkələrin adını çəkib-keçirmədiyini dəqiqləşdirmir.

Mayın 18-də “The Wall Street Journal” qəzeti yazıb ki, Ukrayna ABŞ prezidenti Co Bayden administrasiyasından Vaşinqtonun Rusiyadakı hərbi obyektlərə zərbələr endirmək üçün verdiyi silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı, həmçinin Kiyevin Rusiyada vura biləcəyi hədəfləri müəyyən etməyə kömək etməyi xahiş edib.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
25
konkret.az

10Mənbələr