AZ

Bu il Gürcüstana göndərilən dəmir yolu yüklərinin 23%-i Azərbaycanın payına düşüb

2024-cü ilin birinci rübündə Gürcüstanın dəmir yolu ilə yük daşımalarının həcmi illik ifadədə 2.5% artaraq 3.2 milyon tona çatıb.

Məlumatı Gürcüstan Milli Statistika İdarəsi yayıb. Bildirilib ki, bütün yüklərin 12%-ni daxili daşımalar, 28.9%-ni beynəlxalq daşımalar, 59.1%-ni isə tranzit təşkil edib.

Cari ilin yanvar-mart ayları ərzində Gürcüstana göndərilən dəmir yolu yüklərinin 22.9%-i Azərbaycanın, 53.5%-i Rusiyanın payına düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
49
banker.az

10Mənbələr