AZ

Taleh Kazımov: Son 3 ildə sığorta sektorunun aktivləri 34.2% artıb

Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub və burada maliyyə, o cümlədən sığorta sektorunun rolu böyükdür.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda (“Azerbaijan International Insurance Forum” – AIIF-2024) bildirib.

O, həmçinin deyib ki, son 3 ildə sığorta sektorunun aktivləri 34.2%, balans kapitalı isə 7.7% artıb.

“Bu müdətdə ölkədə sığorta haqları 67.8% artaraq 1 milyard 222,537 milyon manata, sığorta ödənişləri isə 26.3% artaraq 587,325 milyon manata çatıb”, – deyə o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
3
banker.az

10Mənbələr