AZ

Təmirdən sonra Cəfər Cabbarlı meydanı belə olacaq – Fotolar

Metronun “28 May” stansiyasının qarşısındakı avtomobillərin girişi üçün bağlanan Cəfər Cabbarlı meydanında yenidənqurma işlərinə başlanılır.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq.

İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib ki, ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq quruculuq işləri çərçivəsində metronun “28 May” stansiyasının və Dəmiryol vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.

“Xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaq”.

2 3 4

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
banker.az

10Mənbələr