AZ

"Bu il sığorta bazarı 10-15 % böyüyəcək"

Bu il Azərbaycanın sığorta bazarında 10-15 % artım gözlənilir.

Bunu açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev bildirib.

"Son 4 ilə nəzər salsaq, hər il sığorta bazarının 10-17 % artdığını görərik. Bu il sığorta haqlarının 1,4 milyard manat olacağı proqnozlaşdırılır", - deyə o qeyd edib.

"AMB-nin sığorta bazarının genişləndirilməsi və dayanıqlığının gücləndirilməsi ilə bağlı görəcəyi tədbirlər bu tendensiyanı gələcəkdə də saxlayacaq", - deyə Z.Əliyev əlavə edib.

2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 587,325 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,6 % çoxdur.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48 manatı ödəniş edilib. Əvvəlki bu göstərici 44,6 manat olub.

© "Report"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
3
marja.az

10Mənbələr