AZ

AMB: Bu il sığorta bazarı 10-15 % böyüyəcək

Bu il Azərbaycanın sığorta bazarında 10-15 % artım gözlənilir.

Bunu açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev bildirib.

“Son 4 ilə nəzər salsaq, hər il sığorta bazarının 10-17 % artdığını görərik. Bu il sığorta haqlarının 1,4 milyard manat olacağı proqnozlaşdırılır”, – deyə o qeyd edib.

“AMB-nin sığorta bazarının genişləndirilməsi və dayanıqlığının gücləndirilməsi ilə bağlı görəcəyi tədbirlər bu tendensiyanı gələcəkdə də saxlayacaq”, – deyə Z.Əliyev əlavə edib.

2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 587,325 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,6 % çoxdur.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48 manatı ödəniş edilib. Əvvəlki bu göstərici 44,6 manat olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
28
banker.az

10Mənbələr