AZ

"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin

 
"Bəşəriyyətin gələcəyi bütün bəşəriyyətdən asılıdır, Rusiya və Çin sivilizasiyanın bir hissəsidir və hər iki ölkənin dünyanın inkişafı barəsində öz fikri var..."
 
"Ukrayna prezidenti Vladimir Zelenskinin legitimliyi məsələsinə Ukraynanın özünün siyasi və hüquq sistemi cavab verməlidir..."
 
Rusiya prezidenti Vladimir Putin Çinə səfərini rusiyalı jurnalistlər üçün mətbuat konfransı ilə başa vurub.
 
Moderator.az xəbər verir ki, bu barədə "vedomosti.ru" nəşri yazıb.
 
Məlumatda deyilir ki, mətbuat konfransında Rusiya prezidenti iki ölkə arasında tərəfdaşlıq, Ukrayna münaqişəsi və çoxqütblü dünya barəsində jurnalistlərin suallarını cavablandırıb
 
Səfər mayın 16-17-də baş tutub, səfərin gedişində Putin Pekin və Xarbin şəhərlərini ziyarət edib. Çin Putinin yeni prezidentlik dönəminə qədəm qoyduqdan sonra ziyarət etdiyi ilk ölkə olub. 
 
2023-cü ilin mart ayında ÇXR Sədri Si Tszinpin Rusiyaya dövlət səfərində olub, bu səfər də onun yenidən seçildikdən sonra ilk xarici səfəri olub.
 
Çin ilə tərəfdaşlıq
 
Putin Si Tszinpinə və Çin rəhbərliyinə birgə iş üçün isti atmosfer yaradılmasına görə minnətdarlıq edib.
 
Onun sözlərinə görə, danışıqlar məzmunlu və zəngin olub. Bu, dövlət səfəridir, lakin bu zaman bu, sırf işgüzar səfərdir, onun gedişində müzakirə üçün çoxlu mövzular olub.
 
"Bəşəriyyətin gələcəyi bütün bəşəriyyətdən asılıdır", - Putin deyib. Rusiya və Çin sivilizasiyanın bir hissəsidir və hər iki ölkənin hər şeyin necə inkişaf etməli olduğuna dair öz fikri var.
 
Bu inkişaf əməli olmalı və beynəlxalq ünsiyyətin bütün iştirakçılarının maraqlarını nəzərə almalı, həmçinin formalaşan çoxqütblü dünyanı möhkəmləndirməlidir, o, deyib.
 
Onun sözlərinə görə, hamının cari mürəkkəb məsələlərin həllini axtarmaq imkanı olmalıdır. Putin həmçinin vurğulayıb ki, Rusiya ilə Çinin qarşılıqlı əlaqəsi digər ölkələrə qarşı yönəlməyib.
 
Si ilə qeyri-formal görüş haqqında
 
Putin deyib ki, Si Tszinpinlə dünənki görüş artıq Rusiya-Çin danışıqlarından sonra keçirilib, ikitərəfli münasibətlər üçün vacib olan çoxsaylı məsələlər müzakirə edilib, Ukrayna böhranı mövzusuna toxunulub.
 
O cümlədən, Si Tszinpin ona qısa tezislərini ifadə edib, bu barədə ÇXR Sədrinin bu yaxınlarda Avropaya səfəri gedişində söhbət gedib, habelə Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üzrə Çinin təşəbbüsünü də xatırladıb. Putin Çinin mövqeyini "çevik" adlandırıb və əlavə edib ki, bu ölkə bu məsələnin həllinə can atır.
 
Ukrayna münaqişəsi və Zelenskinin legitimliyi haqqında
 
Rusiya prezidenti bəyan edib ki, Rusiya heç vaxt Ukraynadan fərqli olaraq danışıqlardan imtina etməyib.
 
"Bizim qoşunlarımız Kiyev ətrafında olanda Qərb tərəfdaşları bizə deyib ki, qarşı tərəfdən tapança gicgaha dirənibsə sənədləri imzalamaq olmaz.
 
Biz tərəfdən nə etmək lazım olduğu soruşulanda cavabında qoşunların Kiyevdən çəkilməsi lazım olduğu deyilib. Biz bunu etdik. Ertəsi gün onlar bizim bütün razılaşmalarımızı zibilliyə tullayıb dedilər ki, indi sonadək döyüşəcəyik", - Putin bəyan edib.
 
Putinin fikrincə, Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb. Britaniyanın sabiq baş naziri Boris Conson Ukraynaya danışıqlardan imtina etməyi tövsiyə edib.
 
Bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya deyib, prezident xatırladıb. "Yəni növbəti dəfə bizi aldadıblar", - o, deyib. Ona görə də Rusiya  kiminlə iş görməli və kimə etibar etməli olduğunu bilməlidir.
 
Jurnalist Pavel Zarubinin Xarkovun qəsb ediləcəyi ilə bağlı sualına cavabında Putin deyib ki, "bu gün üçün belə planlarımız yoxdur". 
 
Prezident xatırladıb ki, martın 18-də Rusiyanın sərhəd regionları, o cümlədən Belqorod vilayətinin atəşlərə məruz qalmasına son verilməyəcəyi təqdirdə bu istiqamətdə bufer zonasının yaradılması zərurəti haqqında bəyan edib. "Biz də elə bununla məşğuluq", - o, izah edib.
 
Rusiyanın mayın 20-də səlahiyyət müddəti bitən Ukrayna prezidenti Vladimir Zelenskinin legitim dövlət başçısı hesab edəcəyi ilə bağlı suala cavabında Putin deyib ki, bu suala Ukraynanın özünün siyasi və hüquq sistemi, o cümlədən Konstitusiya Məhkəməsi cavab verməlidir.
 
Əgər mayın 21-dən sonra Moskva və Kiyev arasında hansısa sazişlərin imzalanması baş verərsə, o zaman Rusiya bunu yalnız Ukraynanın legitim hakimiyyəti ilə edəcək, prezident vurğulayıb.
 
Olimpiya atəşkəsi barədə
 
Rusiya prezidenti həmçinin 2024-cü ilin yayında Parisdə keçiriləcək Olimpiada zamanı Ukrayna ilə atəşkəs təklifini də şərh edib.
 
O, deyib ki, Olimpiya prinsipləri əsrlərlə formalaşıb, doğrudur, idman məmurları özləri Olimpiya Xartiyasının prinsiplərini pozur, idmanı siyasiləşdirir və rusiyalı idmançıların Oyunlarda iştirak etməsinə icazə vermir.
 
"Özləri pozur, bizdən bunun icrasını tələb edirlər", - o, deyib və qeyd edib ki, heç bir məsələ barəsində kimsə belə razılaşmalar əldə etməyib.
 
Putin həmçinin bəyan edib ki, əgər Olimpiya məmurları pulu hər şeydən üstün tutacaqsa, gələcəkdə "Olimpiya hərəkatında yaxşı heç nə olmayacaq".
 
Onun sözlərinə görə, orada hazırda hər şey korporasiyada olduğu kimi qurulub, yəni reklamverənlər və şirkətlərdən pul almağa köklənib.
 
Jenevrə Konfransı haqqında
 
Daha sonra Putin Jenevrədə konfrans barəsində suala müfəssəl cavab verib və Ukrayna ilə hansı şərtlər əsasında danışıqlara hazır olduğu barədə danışıb. Prezident xatırladıb ki, Rusiya bu konfransa dəvət edilməyib: "Biz meydançanın mərkəzindən bilmədiklərimizi müzakirə etmək niyyətində deyilik". 
 
O, yenidən 2022-ci ilin martında İstanbulda danışıqlar barədə danışıb, o zaman Ukrayna sənədləri imzalayıb. İndi isə gerçək vəziyyətə deyil, "istəklərə" əsaslanan hansısa düsturları müzakirə etmək təklif edilir.
 
Bu zaman Putin vurğulayıb ki, Rusiya müzakirələrə hazırdır. Lakin Jenevrə konfransının yekunları üzrə Rusiyaya ultimatum verilə bilər və öz fikirlərini yeridə bilərlər, prezident hesab edir.
 
Çinlə qarşılıqlı hesablaşmalar və ABŞ sanksiyaları haqqında
 
Putinə səfər zamanı ABŞ tərəfindən ikincili sanksiyalardan ehtiyat edərək Çin banklarının Rusiyanın hesablaşmalarının qəbul edilməyəcəyi məsələsi haqqında sual ünvanlanıb. Prezident ilk növbədə qeyd edib ki, Qərbin üçüncü ölkələr barəsində məhdudiyyətləri legitim deyil.
 
Problemin həllinə gəldikdə, Rusiya və Çin iqtisadi operatorlara xidmət göstərilməsi üçün milli ödənişlər sistemini işə salacaq. Mili valyutalarla hesablaşmalar sistemi artıq işə salınıb, onu dayandırmaq mümkün deyil, Putin vurğulayıb.
 
Onun fikrincə, Çin mallarının ABŞ-a daxil olması üçün rüsumların  kəskin artması "iqtisadi müharibə" elementidir və sanksiyaları xatırladır. Məhdudiyyətlər üzdəniraq hərbi müdaxilə və Rusiya ilə əlaqələr adı altında müəyyən edilib.
 
Lakin əslində Amerika hakimiyyəti Çin istehsalçılarını bazara buraxmamaq niyyətini güdür, çünki onların malları daha yaxşıdır, o, hesab edir. Eyni zamanda Rusiya və Çin birgə istehsalı işə salmağa hazırdır, Putin deyib.
 
"Sibirin gücü-2" layihəsi haqqında
 
Putin bəyan edib ki, Rusiya və Çin energetika layihələri, o cümlədən gücü 50 milyard kub metr olan "Sibirin gücü-2" qaz kəmərinin inşasının gerçəkləşməsində maraqlı olduğunu təsdiq edib.
 
Karbohidratların ÇXR-ə tədarük marşrutlarına gəldikdə, müxtəlif variantlar, o cümlədən tanker donanmasının artırıması hesabına Şimal dənizi yolu ilə mümkündür. 
 
"Sibirin gücü-2" Monqolustandan da keçə bilər, lakin hazırda mütəxəssislər bu məsələni hələ təhlil edir, onlar ən yaxşı həlli seçməlidir.
 
"Bütün variantlar mümkündür. Onların hamısı qəbuledilən və iqtisadi cəhətdən məqsədəuyğundur. Ən yaxşısını seçmək lazımdır. Əminəm ki, bu iş  başa çatdırılacaq", - Putin deyib.
 
Bu ərəfədə Rusiya baş nazirinin müavini Aleksandr Novak məlumat verib ki, "Sibirin gücü-2" qaz kəmərinin inşası üzrə müqavilənin imzalanması yaxın zamanlarda baş verə bilər.
 
Yeni müdafiə naziri haqqında
 
Putin deyib ki, əvvəllər baş nazirin birinci müavini postunda olan yeni müdafiə naziri Andrey Belousov bu vəzifəyə bir neçə səbəbdən təyin edilib.
 
Birincisi, o, ölkənin ən yaxşı iqtisadçılarından biri kimi Müdafiə Nazirliyinin fəaliyyətini xərclərin həcminin qarşıdakı xeyli artacağı şəraitdə bütün idarələrlə və digər regionlarla əlaqələndirə biləcək. 
 
"Bizim müdafiə xərclərimizin səviyyəsi təkcə Müdafiə Nazirliyi üzrə cari ildə ÜDM-in 6, 7 faizini təşkil edir. Əgər dövlətin bütün güc strukturları ilə birgə götürsək, o zaman bu, haradasa 8 faiz edəcək. Bu xərclər sistemində Müdafiə Nazirliyi həlledici rol oynayır", - Putin deyib.
 
Belousov həmçinin Nazirliyin qapılarını elmi mərkəzlər, istehsalçılarla əməli iş, bütövlükdə innovasiyalar üçün açmalıdır. Putinin sözlərinə görə, əvvəlki nazir Sergey Şoyqu bu istiqamətdə ilk addımlar atıb, lakin baş nazirin sabiq birinci müavini  Belousov üçün bunu etmək daha asan olacaq. 
 
Sergey Şoyqunun Təhlükəsizlik Şurasının katibi, Denis Manturovun baş nazirin birinci müavini təyin edilməsini Putin onunla izah edib ki, bu, inzibati resursları xüsusi hərbi əməliyyat çərçivəsində lazımi nəticələrin əldə edilməsinə yönəltməyə imkan verəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
273
40
moderator.az

10Mənbələr