AZ

Sağlamlığınıza zərər vermədən yaya qədər sürətlə necə arıqlamaq olar?

Yaya hazırlıq mövsümü sürətlə davam edir. Sözsüz ki, idman məşqləri bədən formalarını yaxşılaşdırmağa kömək edəcək. Ancaq maksimum nəticə əldə etmək üçün düzgün qidalanma da daxil olmaqla kompleks bir yanaşma lazımdır.

Publika.az xəbər verir ki, diyetoloq və ayurveda ZJanna Tixanıçeva artıq çəkilərdən asanlıqla və təhlükəsiz şəkildə xilas olmağın yollarını açıqlayıb. O, qeyd eidb ki, sağlamlığınıza zərər vermədən arıqlamaq üçün rasionunuzun qida dəyəri yüksək, balanslı olmalı, həmçinin aktiv həyat tərzi sürməlisiniz.

Gündə 3 dəfə qidalanın - səhər yeməyi, nahar və şam yeməyini qaçırmayın.

Pəhrizinizdən qəlyanaltıları xaric edin.

Çörək və şirniyyatları maksimum məhdudlaşdırın.

Yeməkdən imtina etmək deyil, əksinə, yaxşı, keyfiyyətli və müxtəlif yeməkləri dadmaq vacibdir.

Hərəkət etməyi unutmayın: təbiətdə gəzmək, üzmək, rəqs etmək, yoqa, pilates, digər xoş və sağlam fəaliyyətlərlə məşğul olun.

Arıqlamaq üçün necə qidalanmalı?

Balanslaşdırılmış pəhriz arıqlamaq üçün ən yaxşı strategiyadır. Bu yanaşma makronutrientlərin bütün kateqoriyalarını gündəlik olaraq pəhrizə daxil etmək deməkdir:

Bitki və ya heyvan mənşəli zülallar: paxlalılar, içalat, toyuq əti, ət, yumurta.
Yağlar: kətan, qoz-fındıq, avokado, soyuq sıxılmış bitki yağları, yağlı balıqlar.
Kompleks karbohidratlar: bütün taxıllar, mövsümi tərəvəzlər, göyərti, meyvələr, giləmeyvə və dəniz yosunu.
Unutmayın ki, çəki itirirsinizsə, qəbul edilən kalorilər itirilən kalorilərdən çox olmamalıdır. Yeməyin miqdarına deyil, keyfiyyətinə və çeşidinə diqqət yetirin. Sağlam arıqlamaq istəyirsinizsə, aşağıdakılarından imtina etməlisiniz.

Fəstfud;
Yarımfabrikatlar;
şirniyyat və un;
Şirin qazlı içkilər və spirt.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq