AZ

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO

Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən  əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çəmənli kəndində yaşayan Arzu Hüseynovaya məxsus 10300 manat məbləğində pulu oğurlamaqda şübhəli bilinən 1965-ci il təvəllüdlü Laçın rayon sakini İsmayılov Xaliq Əkbər oğlu və onun keçmiş gəlini, 1996-cı il təvəllüdlü, İsmayılova Esmira Bəxtiyar qızı saxlanılaraq istintaqa təhvil verilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, faktla bağlı Ağdam rayon polis şöbəsinin İstintaq bölməsində cinayət məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq davam etdirilir.



Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
998
3
bizim.media

5Mənbələr