AZ

Bir dəfəyə nə qədər kabab yemək olar?

"Sağlam insan bir dəfəyə 150 ​​qramdan artıq kabab qəbul etməməlidir. Ət nə qədər yağlı olsa, porsiya da bir o qədər kiçik olmalıdır".

Publika.az xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamentinin dietoloqu Antonina Starodubova məlumat verib.

Starodubova deyib ki, şiş kabab kimi yeməyi çox ehtiyatla istehlak etmək lazımdır. O, çox qızardılan ətlərin sağlam qida olmadığını bildirib.

Dietoloqun fikrincə, az yağlı ət sortlarına üstünlük vermək daha yaxşıdır:

"Məsələn, dovşan, hinduşka, toyuq, bildirçin seçə bilərsiniz. Siz həmçinin balıq və ya dəniz məhsulları - kalamar və ya karidesləri közdə bişirə bilərsiniz. Olar orqanizm üçün vacib qida maddələrinin mənbəyidir. Tərkiblərində omeqa-3 yağ turşuları, yod və sink var".

"Manqal hazırlayarkən, kömürlə ət arasındakı məsafə təxminən 30 santimetr olmalıdır: bu, məhsulun alovla birbaşa təmasının qarşısını almaq üçün lazımdır". - Diyetoloq Antonina Starodubova deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
10
publika.az

10Mənbələr