Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında ilk finalçı müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, ilk finalçı “Azərreyl” olub.
Onlar yarımfinalın ikinci qarşılaşmasında MOİK-ə 3:0 (25:12, 25:18 və 25:14) hesabı ilə qalib gəliblər.
Bu komandalar arasındakı ilk görüşdə də eyni nəticə qeydə alınmışdı.
Yarımfinalın digər cütündə “Murov Az Terminal” və “Neftçi” ilə üz-üzə gələcək. Bu komandaların ilk görüşündə “Murov Az Terminal” 3:0 hesabı ilə qələbə qazanıb.