EN

Ölkə çempionatında ilk finalçı bilindi

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında ilk finalçı müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, ilk finalçı “Azərreyl” olub.

Onlar yarımfinalın ikinci qarşılaşmasında MOİK-ə 3:0 (25:12, 25:18 və 25:14) hesabı ilə qalib gəliblər.

Bu komandalar arasındakı ilk görüşdə də eyni nəticə qeydə alınmışdı.

Yarımfinalın digər cütündə “Murov Az Terminal” və “Neftçi” ilə üz-üzə gələcək. Bu komandaların ilk görüşündə “Murov Az Terminal” 3:0 hesabı ilə qələbə qazanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
154
13
futbolpress.az

6Sources